“Sabah” bu gün yoxlama matçına çıxacaq

Yeni mövsümə hazırlığı Sloveniyada davam etdirən “Sabah” bu gün yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi “Çukariçki” (Serbiya) ilə qarşılaşacaq.

“Sports park Radomlje”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

“Sabah” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi” (Hayfa) ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş iyulun 25-də Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionunda baş tutacaq. Cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button