“Sabah” – “Beşiktaş” matçında məhsuldar heç-heçə

“Sabah” klubu bu gün yoldaşlıq oyunu keçirib.

Komanda.az xəbər verir ki, “Sabah” xeyriyyə matçında Türkiyənin “Beşiktaş” klubu ilə üz-üzə gəlib. Oyun saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda başlayıb.

Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Xatırladaq ki, martın 26-da Türkiyənin “Qalatasaray” klubu da Bakıda “Qarabağ”la xeyriyyə oyunu keçirmişdi. Görüş türkiyəlilərin 2:1 hesablı qələbəsi ilə bitmişdi.

Yoldaşlıq oyunu

Sabah – Beşiktaş 3:3
Qol: Aleksey Kaşuk, 4; 6. Davit Volkov, 70 – Umut Meraş, 24; 44. Cenk Tosun, 63-pen.
Matçın 42-ci dəqiqəsində Coy Lens Mikels penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Tural Qurbanov
Köməkçi hakimlər: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: İnqilab Məmmədov

Sabah: Yusif İmanov, Boyan Letiç, Amin Seyidov, Con İrasabal, 13. Abdulaye Ba, Aleksey İsayev, Kristian da Silva, Elvin Camalov (k), Aleksey Kaşuk, Coy Lens Mikels, Emmanuel Apeh.
Ehtiyat oyunçular: Nicat Mehbalıyev, Rüstəm Samiqullin, Namik Ələskərov, S Məmmədov, Camal Cəfərov, Anatoli Nuriyev, Ceyhun Nuriyev, İldar Ələkbərov, Kristian Sebalyos, Davit Volkov, Tellur Mütəllimov, Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Murad Musayev.
Beşiktaş: Mert Günok, Valentin Rosier, Necip Uysal (k), Velinton, Umut Meraş, Berkay Vardar, Kerem Atakan Kesgin, Aleksandru Maksim, Onur Bulut, Cekson Muleka, Semih Kılıçsoy.
Ehtiyat oyunçular: Ersin Destanoğlu, Emre Bilgin, Salih Uçan, Cenk Tosun, Vensan Abubakar, Atiba Hatçinson, Amir Haciahmetoviç, Demir Ege, Jedson Fernandes, Tayfur Bingöl.
Baş məşqçi: Şenol Günəş.


Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button