“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Oyunu iki hissəyə ayırardım. İlk yarıda meydanda istədiyim komandanı görə bilirdim. Çoxlu hücumlar etdik. Son nöqtəni qoymaqda çətinlik çəkirdik. Komandanın əzmkarlığından razı qaldım. Qarşıda üç oyun var. İnanıram ki, daha artığını edə bilərik.

“Sabah” bəxt sayəsində qalib gəldi. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Amma bu, futbolun bir hissəsidir. Epizodları dəyərləndirməyəndə qapında belə qol görməlisən.

İkinci hissənin ilk 15-20 dəqiqəsində oyun ritmindən düşdük. Rəqib həmin anlarda üstünlük qazandı. Zaman keçdikcə ritmə qayıtdıq. Məğlub olmaya bilərdik. Bu gün şans rəqibin tərəfində idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button