“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan çempionu oldu

Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, final seriyasının dördüncü matçında “Xəzri” komandasına 74:69 hesabı ilə qalib gələn “Sabah” kollektivi Azərbaycan Basketbol Liqasının çempionu olub.

Rimas Kurtinaytisin yetirmələri rəqibi üzərində ardıcıl üçüncü qələbəsini qazandığından, final seriyasının beşinci oyununa ehtiyac qalmayıb.

Həlledici matçın ardından qalib komanda, ikinci və üçüncü yerin sahibləri mükafatlandırılıb. “Sabah” kollektivinə çempionluq kuboku və qızıl medalları Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim edib. “Xəzri” komandası gümüş medal qazanıb. Üçüncü yer uğrunda görüşdə “Xırdalan”ı üstələyən “NTD-İndiqo” kollektivi isə bürünc medalla təltif edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button