“Sabah” Almaniya klubuna uduzdu

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Masazır komandası Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gəlib.

İtaliyanın San Martino in Passiriya qəsəbəsində baş tutan görüş rəqibin qələbəsi ilə bitib – 1:4. “Sabah”ın qolunu 57-ci dəqiqədə Coy Lens Mikels vurub.

“Sabah” ilk matçında Qətər “Əl-Sədd”ini 3:1 hesabı ilə üstələyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button