
“Sabah” ABŞ-dan olan oyunçunu heyətinə qatıb
“Sabah” basketbol klubu ABŞ-dan olan oyunçunu heyətinə qatıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hücumçu Justin Tillmanla müqavilə imzalanıb. O, qarşıdakı iki mövsümdə komandanın formasını geyinəcək.
Basketbolçu karyerası ərzində Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



