“Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində İsrailin “Makkabi” (Təl-Əviv) klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi bu gün İsraildə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Makkabi”nin həm “Dinamo” (Brest, Belarus), həm də “Zalsburq”la matçlarını izləmişəm. Özünəməxsus oyun taktikası olan bir komandadır. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməzdim. “Makkabi”nin yaxşı oyun fəlsəfəsi var.

Təbii ki, hazırda ölkəmizdə müharibə getdiyinə görə fikrimizin əsgərlərimizin yanında olması normaldır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir.

Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button