Səlahət Ağayev “Sabah”ı “Qəbələ”yə dəyişdi

“Sabah” qapıçısı Səlahət Ağayevlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, qapıçı ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Səlahət 2021-ci ilin iyun ayından “Sabah”da çıxış edirdi.

Səlahət Ağayevə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Artıq Səlahətin yeni iş yeri də məlumdur. Təcrübəli qolkiper “Qəbələ”yə keçib. Öncə İlkin Qırtımovu sıralarına cəlb edən əyalət klubu Ağayevin də keçidini rəsmiləşdirib. 31 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Ağayev daha öncə bunadək Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016) və “Neftçi”nin (2017-2021) formasını geyinib. 2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button