“Səhvlərə yol verdik” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınan “Mançester Siti” ilə matçdan sonra (1:3) danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, futbolçularının hələ də çempionluğa inandığını deyib:

“İkinci qolu buraxmamışdan qabaq şanslarımız var idi. Biz rəqibi məğlub edə biləcəyimizi hiss edirdik. Lakin şərait yaratdıq ki, onlar üç qol vursunlar və qələbə qazansınlar. Səhvlərə yol verdik.

Futbolçularımın hələ də çempionluq üçün inamı var. Mən bunu hiss edirəm. Rəqibin üç qol şansı oldu və hamısından yararlandı. Bizim də imkanlarımız var idi, amma istifadə edə bilmədik”.

“Topçular” hazırda İngiltərə çempionatının turnir cədvəlində 51 xalla ikinci pillədə qərarlaşıb. Eyni xala sahib olan və bir oyun artıq keçirən MS isə turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button