“Səbail”n futbolçusu “Kəpəz”lə oyunda xəstəxanalıq oldu

“Səbail” Premyer Liqanın 20-ci turu çərçivəsində qarşılaşdığı “Kəpəz”lə oyunda ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, meydan sahiblərinin hücumçusu Kizito Luvaqa matçın 24-cü dəqiqəsində üzündən ağır xəsarət alıb.

Qonaqların kapitanı Yusif Nəbiyevlə toqquşma zamanı sıradan çıxan uqandalı hücumçu meydanı xərəkdə tərk edib. 30 yaşlı forvard ilkin tibbi müdaxilədən sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Afrikalı oyunçunu Samir Abdullayev əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button