“Səbail”in yeni transfer etdiyi Diniyev Türkiyə klubunda!

“Səbail” bir neçə gün öncə “Zirə”dən transfer etdiyi Coşqun Diniyevlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Türkiyənin “Ümraniyəspor” komandasına keçir.

Bu barədə paytaxt klubu məlumat yayıb. Xəbərdə bildirilir ki, Diniyevin “Səbail”lə müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə “dənizçilər”dən hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer alıb. Bu üzdən də ona uğurlar arzulanıb.

“Ümraniyəspor” ötən mövsümün sonunda Super Liqanı tərk edərək TFF 1-ci Liqaya düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button