“Səbail”in növbəti rəqibi bəlli oldu

“Səbail”in 2021/22 mövsümünə hazırlığı davam edir.

Komanda.az xəbər verir ki, sözügedən komandanın hazırlıq çərçivəsindəki növbəti rəqibi müəyyənləşib.

Aftandil Hacıyevin çalışdırdığı kollektiv “Qarabağ”ın əvəzediciləri ilə üz-üzə gələcək. Bu komandalar arasındakı oyun iyulun 16-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək. Qarşılaşmaya saat 18:30-da start veriləcək.

Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununu “Keşlə”yə qarşı keçirib və 1:1 hesablı heç-heçəyə razılaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button