“Səbail”də yeni müqavilə

“Səbail” yetirməsi olan Zeynəddin Abdurahmanovla peşəkar müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə gənc futbolçunun əsas komandaya cəlb edildiyi diqqətə çatdırılıb. “Səbail” Futbol Akademiyasının U-17 və U-19 komandalarında oynamış 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik peşəkar müqavilə imzalanıb.

Qeyd edək ki, Zeynəddin Abdurahmanov “Səbail”də “38” nömrəli formanı geyinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button