“Səbail” Tiflis “Dinamo”suna məğlub oldu

Yeni mövsümə hazırlığı davam etdirən “Səbail” Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Mahmud Qurbanov yetirmələrini Tiflis “Dinamo”su ilə matçda sınaqdan keçirib.

“Dənizçilər” “Zestafoni” məşq mərkəzində baş tutan bu oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıblar.

İyulun 25-də “Qaqra” ilə qarşılaşacaq “Səbail”, ayın 29-da da “Dila”nı sınağa çəkəcək. Hər iki oyun eyni saatda – 18:15-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button