“Səbail” Essyeni sifariş etdi

“Səbail” bir müddət öncə müqavilə bağladığı məşhur futbolçu Maykl Essyeni Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib.

Komanda.az xəbər verir ki, Qana yığmasının sabiq yarımmüdafiəçisi paytaxt klubunda 6 nömrəli forma altında mübarizə aparacaq.

36 yaşlı futbolçu, məşqçilər korpusunun şans verəcəyi təqdirdə, növbəti turda “Zirə”yə qarşı səfər matçında Azərbaycan Premyer Liqasında debüt edə biləcək.

“Zirə” – “Səbail” matçı martın 30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button