DÇ-2022: “Son görüşdə səhvsiz oynamalıyıq”

Belçika millisinin və “Real”ın qapıçısı Tibo Kurtua DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Xorvatiya yığması ilə oyunundan gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Xorvatiya millisinin heyəti haqda fikir bildirib:

“Biz Xorvatiya millisinin nə qədər güclü olduğunu bilirik. İstedadlı oyunçuları var. Son dünya çempionatının finalçısına qarşı mübarizə aparacağıq. Qrup mərhələsinin ilk iki oyununda yaxşı çıxış etmədik. Ona görə də, son görüşdə səhvsiz oynamalıyıq”.

Belçika millisi DÇ-2022-nin F qrupunda 2 turdan sonra 3 xalla 3-cü pillədə qərarlaşıb. Komanda sonuncu turda Xorvatiya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button