“Səbrli olduq, fürsətlərimizdən istifadə edə bildik”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komandamı, azarkeşlərimizi təbrik edirəm. Çətin oyun oldu. “Şamaxı” son oyunlarda çox yaxşı təsir bağışlayır, xal, qələbələr qazanır. Kubok oyunu tam başqa bir atmosferdir. Oyunun gərgin keçəcəyini bilirdik. Səbrli olduq, fürsətlərimizdən istifadə edə bildik. Qarşıda çempionat oyunu var. Bu oyuna köklənəcəyik. Hər iki komandaya uğular”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button