“Səbail” mübarizəni erkən dayandırdı

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulur.

Komanda.az xəbər verir ki, turnirdə ilk dəfə iştirak edən “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə cavab oyununa çıxıb. Saat 20:00-da start götürən qarşılaşmanın baş hakimi Mikael Yonasson olub. Komandalar arasındakı ilk oyunda “Səbail” 2:3 hesabıyla məğlub olmuşdu. Cavab görüşündə də oxşar hesabla uduzan Azərbaycan təmsilçisi mübarizəni erkən dayandırmalı olub.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

18 iyul

Universitatya Krayova (Rumıniya) – Səbail 3:2
Qol:
Aleksandru Çikeldeu, 28. Boqdan Veteyelu, 53. Fortes Dos Santos, 90 – A.Ramazanov, 67. D.Duventru, 69.
Baş hakim: Mikael Yonasson (İslandiya)
İlk oyun – 3:2

Universitatya Krayova: 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Veteyelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru Çikeldeu, 11. Nikuşor Banku (k), 14. Kamer Qaka, 22. Kristian Barbut, 27. İvan Martiç.
Ehtiyat oyunçullar: 1. Laurentiu Popesku, 3. Marius Briceaq, 4. Florin Borta, 7. Mihay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş.
Baş məşqçi: Korneliu Papure.
Səbail: 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru.
Baş məşqçi: Aftandil Hacıyev.