“Səbail” rəsmisinə 3 aylıq cəza, “Neftçi”yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:

AFFA Yüksək Qızlar Liqasının 7-ci turunun “Neftçi” PFK – 8 №-li İOEUGiM (Bakı) oyununda Nyah Marie Petcu adlı legioner oyunçu “Neftçi”nin əsas heyətində yer almdığına görə bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Məsələ burasındadır ki, AFFA Yüksək Qızlar Liqasının Əsasnaməsinin 6.7. bəndinə görə Yüksək Liqada legioner iştirakına icazə verilmir.

Region Liqasında keçirilən “Cəbrayıl” – “İrəvan” oyununda “İrəvan”ın rəsmisi Zahid Niyazəliyev oyunun 34-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

Region Liqasında keçirilməli olan “Araz” (Saatlı) – “Ağsu Siti” oyununda “Ağsu Siti” komandası oyuna vaxtında gəlmədiyi üçün oyun keçirilməyib. Bu səbəbdən “Ağsu Siti” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Gənclər Liqasında keçirilən “Zirə” – “Neftçi” PFK oyununda “Zirə”nin baş məqşçisi Cəfər Hüseynov oyunun 23-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılması və qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etməsinə görə 5 oyun cəzalandırılıb.

U-17 Liqasında keçirilən “Səbail” – “Turan Tovuz” oyununda “Səbail”in baş məşqçisi Yaşar Abuzərov oyunun 86-cı dəqiqəsində meydana daxil olaraq hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

U-17 Liqasında keçirilən “Səbail” – “Turan Tovuz” oyununda “Səbail”in akademiyasının koordinatoru Mirbağır İsayev oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə İntizam Məcəlləsinin 21 və 41.4.-cü maddələri nəzərə alınmaqla 3 (üç) ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. “Səbail” isə buna görə 4000 (dörd min) AZN məbləğində cərimə olunub.

U-15 Liqasında keçirilən “Ağ Şəhər” – “Səbail” oyununda “Ağ Şəhər”in baş məşqçisi Nüqzar Kvirtiya oyunun 65-ci dəqiqəsində hakimlərə sərt etiraz edib, üstəlik onları təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bunun üçün Nüqzar Kvirtiya 5 oyun cəzalandırılıb.

U-14 Liqasında keçirilən İCBFA – “Rekord” oyununda “Rekord” komandası oyuna adı protokolda qeyd olunmayan oyunçu buraxdığına görə “Rekord”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 2-ci dəfədir ki, təkrarlanır.

U-11 Liqasında keçirilməli olan “Ramal” (Tərtər) – “Uğur” (Mingəçevir) qarşılaşması zamanı “Ramal” (Tərtər) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Ramal”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal Ramal (Tərtər) komandası tərəfindən artıq 3-cü dəfə təkrarlandığına görə komanda yarışlardan kənarlaşdırılıb.

U-10 Liqasında keçirilməli olan “Lamasiya Baku” – “Atletiko Baku” qarşılaşması zamanı “Atletiko Baku” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Atletiko Baku”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilməli olan “Maccabi Baku” – “Yeni Bakı” FK qarşılaşması zamanı “Yeni Bakı” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Yeni Bakı”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button