
“Səbail” malili futbolçu ilə anlaşıb
Birinci Liqa təmsilçisi “Səbail” heyətini əcnəbi futbolçu ilə gücləndirib.
Klubdan Komanda.az-a verilən məlumata görə, “dənizçilər” son olaraq Portuqaliyanın “Vilaverdense” klubunda çıxış etmiş Momo Sacko ilə 1 illik müqavilə imzalayıb.
23 yaşlı malili yarımmüdafiəçi 5 nömrəli forma altında çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



