
Rəsmi: “Qarabağ”da macarıstanlı futbolçu
“Qarabağ” macarıstanlı futbolçu Bense Varkonyinin transferini açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Zalaeqerseq” (Macarıstan) komandasından heyətə cəlb olunan 24 yaşlı mərkəz müdafiəçisinin müqaviləsinin detalları hələlik bəlli deyil.
Bense Varkonyi 2024-cü ildən “Zalaeqerseq”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



