Rüstəm Orucov və Orxan Səfərov İngiltərədə master-klas keçəcəklər

Azərbaycan millisinin sabiq cüdoçuları Rüstəm Orucov və Orxan Səfərov bu gün master-klas üçün İngiltərəyə yola düşəcəklər.

Komanda.az xəbər verir ki, “Judospace” təşkilatının dəstəyi ilə baş tutacaq səfər çərçivəsində onlar cüdo klubları və cüdo akademiyasında rəsmilər ilə görüş keçirib, sessiyalarda iştirak edəcəklər.

Olimpiya mükafatçısı Rüstəm Orucov, bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısı Orxan Səfərov aprelin 13-14-də “Sport Wales” Milli Mərkəzdə və “Camberley” Cüdo Klubunda master-klas keçəcək.

Onlar uşaqlar, böyüklər üçün ustad dərsi təşkil edəcəklər və təcrübələrini bölüşəcəklər. Sabiq cüdoçular həm də yaşlı şəxslər üçün təşkil olunacaq “Safe Falls” sessiyasında iştirak edəcəklər.

Bundan əlavə, Orucovla Səfərov Böyük Britaniyada cüdo klublarının fəaliyyəti ilə tanış olaraq, öyrəndikləri təcrübələri öz klublarında tətbiq etməyə çalışacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button