“Zenit” Markizionu göndərdi

Rusiyanın “Zenit” klubu futbolçusu Klaudio Markizio ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2018-ci ildə “Zenit”ə keçən Markizionun 2020-ci ilin yayına qədər müqaviləsi var idi.

Markizio ciddi zədə səbəbindən son mövsümdə Rusiya Premyer Liqasında cəmi 9 oyuna çıxıb.

“Yuventus”un yetirməsi olan Markizio 2005-2018-ci illər aralığında Turin təmsilçisində forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button