Rusiyalı yenidən IBA prezidenti seçildi

Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov yenidən qurumun prezidenti seçilib.

Komanda.az IBA-nın rəsmi “tvitter” hesabına istinadən xəbər verir ki, seçim, qurumun fövqəladə konqresinin ikinci günündə baş tutub.

Hazırda IBA-nın İdarə Heyəti və komitələri üçün seçkilər keçirilir.

Umar Kremlyov IBA-ya 2020-ci ildən rəhbərlik edir. 40 yaşlı funksioner 2017-2021-ci illərdə Rusiya Boks Federasiyasının baş katibi vəzifəsində çalışıb.