Rusiyadakı əcnəbi futbolçulara klubları tərk etmək hüququ verilə bilər

Rusiyada çıxış edən legioner futbolçuların müqavilələrinə xitam verilə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası FİFA-ya bu təşəbbüslə müraciət edib. Müraciətə müsbət cavab verilsə, Rusiya klublarının əcnəbi futbolçuları heç bir cəza almadan müqavilələrini poza bilərlər.

Hazırda Rusiyada 200-ə yaxın əcnəbi futbolçu oynayır. Onlardan 133-ü Premyer Liqadadır.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button