“Ronaldoya “Argentinada sənə nifrət edirlər” dedim” – Dibala

“Yuventus”un və Argentina millisinin futbolçusu Paulo Dibala açıqlama verib.

Komanda.az xəbər verir ki, Argentina Futbol Federasiyasının saytına danışan hücumçu, Kriştinao Ronaldo və Lionel Messi ilə bağlı fikirlərini bildirib:

“Bu haqda Ronaldo ilə də danışmışam. Ronaldoya “Argentinada sənə nifrət edirlər. Amma həqiqət budur ki, məni təəccübləndirdin, çünki sən gördüyümüzdən fərqlisən” dedim.

Keçən il millidə eyni mövqedə olduğumuz üçün Messi ilə birlikdə oynamağın çətin olduğunu demişdim. Amma komanda yoldaşımı tənqid etməyi düşünmürdüm.

Messi ilə danışmışam, onunla bir-birimizə bənzəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button