Ronaldonun DÇ-2022-dəki favoritləri

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo DÇ-2022-dəki favoritlərini açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Portuqaliya yığmasını bu siyahıya əlavə etməyib. Ronaldo, Braziliya, Argentina, Fransa və Almaniyanın şanslarını yüksək qiymətləndirib.

Onun sözlərinə görə, Portuqaliya yığması 2016-cı ildəki kimi hamını təəccübləndirə bilər:

“Komandamızın böyük potensialı var. Amma hazırda Qana ilə oyun haqqında düşünməliyik. Turnirin ən yaxşısı çempion olacaq. Bizim gənc oyunçularımız və yaxşı kollektivimiz var”.

O, bir neçə gün əvvəl Lionel Messi ilə birlikdə yer aldığı reklam kampaniyası haqqında da danışıb:

“İştirak etmək istədiyim, çoxdandır axtardığım kampaniya idi. Bu, mənim üçün qürur mənbəyidir”.

Portuqaliya millisi H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button