“Ronaldonu hamı tanıyır, onun haqqında danışmağa ehtiyac yoxdur”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba Premyer Liqanın 29-cu turunda “Tottenhem”lə oyunda (3:2) qazandıqları qələbəni şərh edib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, fransalı futbolçu, het-trik edən komanda yoldaşı Kriştiano Ronaldonu tərifləyib:

“Ronaldo bu oyunda əla idi. Gözəl qollar vurduq. Qapımızdan top buraxanda belə, oyundan qopmadıq və yenidən qol vurduq.

Ronaldonu hamı tanıyır, onun haqqında danışmağa ehtiyac yoxdur. Əsas odur ki, nə etdiyini bilir. O, son matçda yox idi, qayıtdı və üç qol vurdu. Hamımız xoşbəxtik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button