Ronaldo TOP-5 çempionatlarında ən yaxşısı göstəriciyə sahib oldu

“Yuventus” İtaliya A Seriyasının yeni mövsümünün ilk turunda “Sampdoriya”ya 3:0 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, “qoca sinyora”nın 3-cü qolunun müəllifi olan portuqaliyalı hücumçu Kriştiano Ronaldo oyun ərzində “çərçivə”yə 10 dəqiq zərbə vurmağı bacarıb. Bu, Avropanın TOP-5 liqasında ən yaxşı göstəricidir.

Bundan başqa, 35 yaşlı hücumçu ardıcıl 19-cu mövsümdə qol vurmağı bacarıb.