“Ronaldo bu sözlərlə artıq həddini aşır”

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı Pro Liqasının Fransa Liqa 1-dən daha rəqabətli olması haqda açıqlama verməsi fransız futbol adamlarını qəzəbləndirib.

Komanda.az xəbər verir ki, PSJ-nin qadınlardan ibarət komandasının sabiq futbolçusu Laure Bulle “Canal+”ə açıqlamasında Ronaldonun həddini aşdığını deyib:

“Onun sözləri məni həqiqətən təəccübləndirdi. Niyə Liqa 1-ə söz atır? Çünki Lionel Messi orada oynayıb? Niyə digər liqaları yox, yalnız Liqa 1-i qeyd etdi? Bu sözlərlə artıq həddini aşır. Onun belə şərh verməsinin mənasız olduğunu düşünürəm. Səudiyyə Ərəbistanı Pro Liqasını görürük. Ronaldonun fikirləri doğru deyil, amma bu, mənim onu sevməyimə mane olmur”.

Ronaldo Dubayda keçirilən “Globe Soccer Awards 2023”-dəki təqdimat mərasimində Səudiyyə Ərəbistanı Pro Liqasını tərifləyərək, bu çempionatın Liqa 1-dən daha maraqlı olduğunu deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button