Ronaldo keçmiş futbolçunu məyus edib

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill portuqaliyalı hücumçu Kriştiano Ronaldo haqda fikirlərini açıqlayıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Nevill, Ronaldonun davranışından narazı qaldığını deyib:

“Ronaldodan yana bir qədər məyus oldum. Ondan klub rəsmiləri ilə görüşdə vəziyyətə aydınlıq gətirməsini, həqiqətən baş verən hər şeyi və bu barədə nə düşündüyünü söyləməsini istərdik”.

Nevill həmçinin qeyd edib ki, hamı Ronaldonun “Mançester Yunayted”də qalmasını istəyir.

Hazırda 37 yaşlı portuqaliyalının klubdakı gələcəyi naməlum olaraq qalır.

Ronaldo ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.