“Ronaldo hər zaman mənim idealım olub”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, Kriştiano Ronaldo və “Old Trafford” stadionu haqqında danışıb:

“Ronaldo Potuqaliya millisində məni çox xoş qarşıladı. Hamımız ona idealımız kimi yanaşırıq. Ronaldo hər zaman mənim idealım olub. Hər zaman onun etdiklərini izləmişəm. Milliyə çağırılanda, mənə “Sportinq”də gördüyün işlər xoşuma gəlir” demişdi. Bu sözlər insana fərqli hiss etdirir.

“Old Trafford”da tuneldə olarkən heç bir şey eşitmirsiz, amma meydana daxil olanda, o inanılmaz səsi eşidir, atmosferi hiss edirsiz. Hər kəsin bildiyi stadionlar içərisində ən böyük tarixi olan “San Siro” və “Old Trafford”dur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button