Ronaldinyo: “Messiyə fit çalsanız, heç nə yaxşı olmayacaq”

Braziliyalı keçmiş futbolçu Ronaldinyo PSJ azarkeşlərinin Lionel Messini fitə basmasına münasibət bildirib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, keçmiş komanda yoldaşına edilən bu hərəkətə görə azarkeşləri qınayıb:

“Messi çətin futbolçudur. Çünki o, uzun illər eyni üslubda oynayan komandada başqa cür futbol oynamağa çalışır. Sadəcə, Paris klubuna uyğunlaşmaq üçün ona vaxt lazımdır. Messiyə fit çalsanız, heç nə yaxşı olmayacaq. Dünyanın ən yaxşısını alqışlamasaz, bəs kimi alqışlayacaqsız? Mən bunu başa düşmürəm”.

Messi və Ronaldinyo vaxtı ilə “Barselona”da komanda yoldaşı olub.