“Roma”nın keçmiş futbolçusu şəhər meri seçildi

İtaliya millisinin və “Roma”nın sabiq futbolçusu Damyano Tommazi Verona şəhərinin meri seçilib.

Komanda.az ”La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi seçkilərin final mərhələsində 54,4 faiz səs toplayıb.

Onun əsas rəqibi Federiko Zboriana isə 46,6 faiz səs yığa bilib.

Damyano Tommazi futbolçu karyerasında “Roma” ilə yanaşı, Uelsin KPR və İspaniyanın “Levante” klublarında da çıxış edib. O, yığmada 25 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button