Erməniyə ultimatum verdi – İtaliya klubu

“Roma” klubu yarımmüdafiəçi Henrix Mxitaryandan yaxın gələcəkdəki planları barədə məlumat almaq istəyir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma” 33 yaşlı futbolçuya cümə günündən gec olmayaraq ona təklif olunan müqavilə ilə bağlı cavab verməsi üçün ultimatum verib.

Paytaxt klubu erməni yarımmüdafiəçi ilə avtomatik uzadılmaqla bir mövsümlük müqavilə bağlamağa hazırdır. Mxitaryanın maaşı 3,5 milyon avro olacaq.

Mxitaryan ötən mövsüm “Roma”nın heyətində 44 matçda 5 qol vurub və 9 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyunda başa çatıb.

Bizi Telegramda izləyin