“Atalanta”nın futbolçusu “Roma”da

“Roma” klubu “Atalanta”nın futbolçusu ilə güclənib.

Komanda.az xəbər verir ki, “canavarlar” “Atalanta”nın müdafiəçisi Rojer İbanezi icarə əsasında heyətinə qatıb. Bu barədə “Roma”nın rəsmi saytı məlumat yayıb.

İcarə müqaviləsinə görə, 21 yaşlı futbolçu 2021-ci ilin yayınadək “Roma”nın şərəfini qoruyacaq. “Atalanta” futbolçunun transfer məbləğini 8 milyon avro+2 milyon (bonus) şəklində müəyyənləşdirib.

“Roma” braziliyalı futbolçunu 2024-cü ildən əvvəl transfer etsə, “Atalanta” İbanezin gələcəkdəki transfer məbləğinin 10 faizinə sahib olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button