“Ronaldo mənim qəhrəmanımdır” – Braziliyalı hücumçu

“Real”ın vingeri Rodriqo “Mançester Siti”yə vurduğu qolu (3:3) Kriştiano Ronaldonun üslubunda qeyd etməsinin səbəbini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, brazilyalı futbolçu həmişə Ronaldonun videolarına baxdığını bildirib:

“Mən həmişə Kriştianonun videolarına baxıram. Bəzən ilham almaq üçün bunu oyundan əvvəl edirəm. Qoldan sonra ağlıma gəldi, ona görə də, onun üslubunda qeyd etdim.

Həmişə dediyim kimi, o mənim kumirimdir, mənim qəhrəmanımdır. Ona görə də, onu şərəfləndirmək üçün belə qeyd etmək mənim üçün hər zaman xoşdur”.

“Mançester Siti” və “Real” arasında cavab matçı aprelin 17-də İngiltərədə keçiriləcək.

Rodriqo bu mövsüm bütün turnirlərdə 43 matçda iştirak edib, 16 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button