“Qarabağ”ın rəqibinin oyunçusu ilə bağlı qeyri-müəyyənlik var

“Liverpul”un müdafiəçisi Endi Roberston hələ klub rəhbərliyi ilə gələcəyi barədə görüş keçirməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun merseysaydlılarla müqaviləsinin müddətini uzatması tamamilə mümkündür, baxmayaraq ki, hələ rəsmi danışıqlar başlamayıb.

Ancaq Roberston üçün karyerasını davam etdirməyin real variantlarından biri Şotlandiyanın “Seltik” klubuna qayıtmaqdır. O, mövsümün sonunda “Liverpul”la müqaviləsini yeniləməsə, vətəninə dönə bilər.

Şotlandiyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 18 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button