
ÇL: “Liverpul”un müdafiəçisindən “Qalatasaray”la oyun haqda açıqlama
“Liverpul”un müdafiəçisi Endryu Robertson Çempionlar Liqasının 1/8 finalının “Qalatasaray”la cavab oyunundan əvvəl komanda yoldaşlarının bacarığına əmin olduğunu bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyun səviyyəsinin yaxşılaşacağına inandığını deyib:
“Çempionlar Liqasının ilk səkkizliyinə düşmək üçün kifayət qədər güclü komandamız olduğuna inanırıq. Amma bunu sübut etməliyik. Bir həftə əvvəl meydanın hər yerində çətinlik çəkdik. Oyun səviyyəsi yaxşılaşmalıdır”.
“Qalatasaray” İstanbuldakı ilk matçda “Liverpul”u 1:0 hesabı ilə məğlub edib. Cavab oyunu bu gün keçiriləcək.
32 yaşlı şotlandiyalı futbolçu bu mövsüm “qırmızılar”ın heyətində 29 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin



