Qalyardodan “Barselona” açıqlaması

“River Pleyt”in çalışdırıcısı Marselo Qalyardo “Barselona”nın baş məşqçisi olacağı iddiaları haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qalyardo, yayılan xəbərləri təkzib edib:

“Bunlar sadəcə yalandır, bu haqda fikir bildirmək istəmirəm. “Barselona”dan heç kim mənimlə əlaqə qurmayıb”.

İspaniya mətbuatı Qalyardonun qış fasiləsində “Barselona”ya baş məşqçi təyin olunacağını iddia edirdi.