RFŞ – “Sabah” oyununun təyinatları açıqlanıb

“Sabah”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya RFŞ-i ilə keçirəcəyi ilk oyunun təyinatları müəyyənləşib.

Komanda.az UEFA-ya istinadən xəbər verir ki, Yurmaladakı görüş Çexiyadan olan hakimlər briqadasına tapşırılıb.

İyulun 26-dakı qarşılaşmanı Yan Maxalek idarə edəcək. Ona Adam Harak və Yan Vanya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavel Orel icra edəcək.

RFŞ – “Sabah” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü avqustun 3-də “Bank Respublika Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button