Reytinq: Azərbaycan millisi irəlilədi

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisi FİFA reytinqində 1 pillə irəliləyib.

Canni De Byazinin baş məşqçi olduğu komanda reytinq siyahısında 1128 xalla 128-ci sırada qərarlaşıb.

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən Slovakiya 1439 xalla 51-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 124-cüdür.

Türkiyə yığması 1475 xalla 42-ci yerdədir.

Siyahıya Braziliya millisi (1837) başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pillədədir.

Bizi Telegramda izləyin