“Mançester Siti” Çempionlar Liqasını qazanmağa layiq idi” – Reşford

“Mançester Yunayted”in futbolçusu Markus Reşford “Mançester Siti” ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əzəli rəqiblərinin Çempionlar Liqasında layiqli çempionluq qazandığını söyləyib:

“Mançester Siti” yaxşı komandadır. Onlar Çempionlar Liqasını qazanmağa layiq idilər. Federasiya kubokunun finalında bizi məğlub etdilər.

Belə davam etsələr, kuboklar qazanmağa davam edəcəklər. Əsas məsələ açar rolunu oynayan sabitliyi əldə etməkdir”.

Pep Qvardiolanın komandası 2022/23 mövsümünü 3 kubokla başa vurub. Onlar İngiltərə Premyer Liqasının, Federasiya kubokunun və Çempionlar Liqasının qalibi olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button