Karyerasının ən böyük müqaviləsinə hazırlaşır

“Mançester Yunayted”in hücumçusu Markus Reşford tezliklə İngiltərə klubu ilə yeni müqavilə imzalaya bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Tərəflər artıq ilkin danışıqları aparsalar da, hələ növbəti mərhələyə keçməyiblər. Bu müqavilənin 25 yaşlı futbolçunun karyerasında ən böyük müqavilə olacağı gözlənilir.

“Qırmızı şeytanlar” UEFA Çempionlar Liqasında iştirak edəcəyi təqdirdə, Reşfordun həftəlik 200 min avro qazanacağı bildirilir. “Mançester Yunayted” Çempionlar Liqasında iştirak etməsə, bu məbləğin necə dəyişəcəyi məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button