“Reşford bədbəxtdir” – “Mançester Yunayted”in baş məşqçisi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Markus Reşfordun performansı haqda danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis ingilis futbolçunun yaxşı vəziyyətdə olmadığını bildirib:

“Məncə, Reşford bədbəxtdir. Biz xoşbəxt deyilik. O, özündən böyük ümidlər bəsləyir və hazırda ən yaxşı vəziyyətdə deyil. Bilirəm ki, qayıdacaq. Komanda daha yaxşı oynayanda o da daha yaxşı oynamağa başlayacaq və qol vuracaq. Mən buna əminəm. O, oyununu yaxşılaşdıracaq. O, tamamilə başa düşür və yoluna qayıdacaq. Bu çox tez baş verə bilər. Bəzən sadəcə bir oyun lazımdır”.

Reşford bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 15 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button