Renato La Liqa klubunu seçdi

İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Feyenoord”un sabiq yarımmüdafiəçisi Renato Tapiyanı transfer edib.

Bu barədə “Selta”nın mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Perulu futbolçu azad agent kimi transfer olunduğuna görə, La Liqa klubu ona görə heç bir təzminat ödəməyəcək.

Peeru yığmasının da şərəfini qoruyan Renato, “Tvente”nin yetirməsidi. O, 2016-cı ildən “Feyenoord”un uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button