Renatın qolu komandasına qələbə qazandırdı

Futbol üzrə İsveçrə çempionatında 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Vintertur”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 41-ci dəqiqədə vurduğu qolla hesabı açan Renat, 90+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Qrasshopper” 24 turdan sonra 28 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button