Dadaşovun 80 dəqiqəsi

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov icarə əsasında çıxış etdiyi “Pasuş de Ferreyra” klubunda debüt edib.

Komanda.az xəbər verir ki, Renat Portuqaliyanın yüksək liqasında səfərdə “Boavişta”ya qarşı keçirilən matçda iştirak edib. Start heyətində meydana çıxan futbolçu, 80-ci dəqiqədə əvəzlənib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Renat Dadaşov müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsusdur.

“Pasuş de Ferreyra” 3 turdan sonra 1 xalla sonuncu – 18-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button