“Real”la döyüşəcəyik” – “Barselona”nın futbolçusu

“Barselona”nın vingeri Lamin Yamal bildirib ki, komanda bu mövsüm İspaniya çempionatında sona qədər qələbə üçün mübarizə aparacaq.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu hazırda La Liqada lider olan “Real”la döyüşəcəklərini bildirib:

“Biz orada – çempionluq yarışında olacağıq. Onlara (“Real”a) bildirin ki, biz onları bütün mümkün xallardan məhrum etmək üçün oradayıq. “Real”la döyüşəcəyik. İştirak etdiyimiz bütün turnirlərdə qələbə arzusunda ola bilərik. Çempionluğu qazanmaq şansı varsa, o zaman qalib gələ bilərsən”.

Yamal katalonların yetirməsidir və 2023-cü ilin yayında “Barselona”nın əsas komandasına qoşulub. 16 yaşlı futbolçu bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

“Barselona” La Liqanın 29 turundan sonra lider “Real”dan 8 xal geri qalaraq turnir cədvəlində ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button