“Real”ın start heyətinin futbolçusu olmaq istəyirəm” – Rodriqo

“Real”ın hücumçusu Rodriqo Goes komandanın start heyətində çıxış etmək istədiyini bildirib.

Komanda.az AS-a istinadən xəbər verir ki, 21 yaşlı braziliyalı forvard, daha çox oynamağa hazır olduğuna inanır:

“Mən bilirəm ki, komandaya çox kömək edə bilərəm və təkcə “Real” hesabda geridə olanda və geri qayıtmalı olanda deyil. “Real”ın start heyətinin futbolçusu olmaq istəyirəm və bunun üçün çalışıram. Ən yaxşı futbolumu göstərsəm, şansım olacaq”.

Rodriqo “Ayntraxt”la UEFA superkuboku matçında (2:0) 67-ci dəqiqədə meydana çıxıb və qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button